Şərurda zəlzələ olub

Şərurda zəlzələ olub
18:21 6 Avqust 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanda zəlzələ olub. ANS PRESS-in AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, zəlzələ Heydərabaddan 33 km cənub-şərqdə Şərur ərazisində qeydə alınıb.

Yeraltı təkanlar yerli vaxtla bu gün saat 15:54:17-də qeydə alınıb. Zəlzələ 2,9 bal gücündə olduğundan insanlar tərəfindən hiss olunmayıb.

Xatırladaq ki, dünən yerli vaxtla 18:35-də Pirquludan 13 km şimal-qərbdə, İsmayıllı ərazisində də zəlzələ olub. 3.1 maqnitudalı, dərinliyi 6 km olan zəlzələ yaxın yaşayış məntəqələrində bəzi insanlar tərəfindən hiss olunub.

Həmçinin oxuyun:

İsmayıllıda zəlzələ olub

Azərbaycanda zəlzələ oldu


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=357301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR