"Əlimdən gələni edəcəm ki, “Neftçi” üzərində qələbə qazanaq"

"Əlimdən gələni edəcəm ki, “Neftçi” üzərində qələbə qazanaq"
18:22 6 Avqust 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

“Çempionata hazırlıq plan üzrə gedir. Komandamız demək olar ki, komplektləşib. Son yoxlama oyunu bunu bir daha göstərdi”. Fanat.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Tərlan Quliyev deyib.


Premyer Liqanın startı ilə bağlı düşüncələrini klubun mətbuat xidmətinə bölüşən müdafiəçi bütün diqqətin ilk iki oyuna yönəldiyini bildirib: “Əsas start oyunlarıdı. İlk səfər və ev görüşlərində nəticə qazanmalıyıq. İnşallah, qarşımıza qoyduğumuz nəticəyə nail olarıq”.


“Kəpəz” Tərlan Quliyevi “Qarabağ”dan icarəyə götürüb. Quliyev Ağdam klubuna transfer olunana kimi çempionatın ilk turunda qarşılaşacağımız “Neftçi”nin formasını geyinib: “Düzdü, vaxtilə Bakı klubunun şərəfini qorumuşam. İndi isə “Kəpəz”dəyəm. Əlimdən gələni edəcəm ki, “Neftçi” ilə oyunda qələbə qazanaq. Rəqibin heyətində çox hörmət etdiyim məşqçilər və futbolçular çıxış edir”.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotlimdn-glni-edcm-ki-neftci-uzrind-qlb-qazanaqquot-t43055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR