"Arzu edirəm, Aygün Həcc ziyarətinə getsin, həcixanım olsun"

"Arzu edirəm, Aygün Həcc ziyarətinə getsin, həcixanım olsun"
13:21 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Elza Seyidcahan bir neçə ildir küsülü olduğu xalq artisti Aygün Kazımovaya qarşı barışıq addımı atıb.

Sənətçi 44 yaşı tamam olan müğənninin hicablı şəklini sosial şəbəkədə paylaşıb və Ramiz Rövşənin "Qara paltarlı qadın" şeirindən bir parçanı qeyd edib.

Axşam.az açıqlama verən E.Seyidcahan xalq artistinin ünvanına xoş sözlər deyib:

"Bizim aramızı arada söz gəzdirənlər vurdu. Aygün sənətkarımızdır. Ən vacibi isə anadır. Hörmətsizlik görəndə münasibətini bildirməli olursan. Mən heç kimə hörmətsizlik etməmişəm. Özümə qarşı da belə addım atılmasını istəmərəm. Aramıza girən özü bilir kimdir. Sosial şəbəkədə hicablı şəklin görüb heyran qaldım. Sanki mələyə bənzəyir. Arzu edirəm ki, Həcc ziyarətinə getsin, həcixanım olsun. Mənim İnstaqramdakı fotolarım da Aygün Kazımova profili tərəfindən bəyənilir. Bəlkə də bu saxta hesabdır. Amma bizim barışmağımızda vasitəçi oldu. Aygün xanımı hər zaman zirvədə görürəm. Bu təbrikimi başqa yerə yozdular. O, qadın, sənətkar xoşbəxtliyi yaşayıb. İndi isə ona ana xoşbəxtliyi diləyirəm. Qızı İlqarənin xeyir işini görsün. Barışıq addımı atmaq qəbahət deyil. Axşam ad günü mərasiminə dəvət olunmamışam. Dəvət almadığım yerə heç zaman getmərəm".

“Qara paltarlı qadın”

Kişilər bir olmur atam balası,

Qorxağı var, igidi var.

Amma hər kəsin öləndən sonra

Qəbri üstə ağlayası Aygün xanım kimi

Qara paltarlı gözəl qadına ümidi var.

Qara paltarlı qadın, Ad günün mübarək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR