Səudiyyə Ərəbistanında məsciddə terror aktı törədilib

18:33 6 Avqust 2015
69 Dünya
Ölkə mətbuatı
A- A+


Ebha, 6 avqust, AZƏRTAC 
Səudiyyə Ərəbistanı Krallığının Asir vilayətinin Ebha şəhərindəki məscidlərin birində təhlükəsizlik qüvvələrinin əməkdaşları namaz qılarkən terror aktı törədilib.
SPA Agentliyinin məlumatına görə, terrorçu kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölən və yaralananlar var. Terrorçunun cəsədinin üzərində partlamış bombanın qalıqları aşkarlanıb. Hadisə yerində tədqiqat işləri aparılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ebha

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seudiyye_Arebistaninda_mescidde_terror_akti_toredilib-875884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR