Ateist nazir necə and içəcək?

Ateist nazir necə and içəcək?
13:21 26 Yanvar 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

Yunanıstan yeni baş nazirini seçdi. ANS PRESS-in məlumatına görə, bu posta səs çoxluğu ilə Aleksis Tsipras seçilib.

İndi ölkənin əsas gündəm mövzusu baş nazirin necə and içəcəyidir. Dinə inancının olmaması ilə bilinən Yunanıstanın yeni lideri Tsipras kabineti qurarkən rahibin hüzurunda İncilə əl basaraq and içməlidir. Belə ki, yeni nazir ateistdir. Onun andiçmə mərasimini nə edəcəyi hələ dəqiq deyil.

Qeyd edək ki, erkən seçkilərdə Radikal sol ittifaqın (SYRİZA) lideri Aleksis Tsipras səslərin 36,29 faizini toplaya bilib.

Tsipras hələ 16 yaşından tanınmağa başlayıb. Hələ lisey tələbəsi olan zaman "Önlük Hərakatı" adlanan nümayişin lideri olub. O, hələ 1990-cı illərdən tez-tez televiziya efirlərinə çıxaraq özünü xalqa sevdirə bilib.

SYRİZA seçkidən öncə yoxsulluq həddindən aşağıda yaşayanların elektrik və istilik haqlarından azad ediləcəyini, ehtiyacı olanlara qida və qalmağa yer ilə bağlı yardım ediləcəyini, təqaüd və maaşalara əlavələr ediləcəyi vədlərini verib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=321910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR