Səudiyyə Ərəbistanında məscidi partlatdılar: 17 ölü

Səudiyyə Ərəbistanında məscidi partlatdılar: 17 ölü
18:39 6 Avqust 2015
72 Dünya
Ölkə mətbuatı
A- A+

 

 

Səudiyyə Ərəbistanının cənub qərbindəki Ebha şəhərindəki məsciddə terror aktı törədilib. 

 

APA-nın Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 17 nəfər həlak olub. Partlayış məsciddə daxili təhlükəsizliyi təmin edən xüsusi qruplar ibadət edirkən törədilib. 

 

Hadisəni törədən şəxs bombanı özünə bağlayaraq məscidə daxil olub və partladıb. Bu zaman təhlükəsizliyi təmin etməli olan şəxslər də namaz qılırmış.

 

Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə xüsusi təyinatlıların qərargahında baş verib. Hələlik partlayışla bağlı məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR