"Çaykovski-qala" konsertində həmvətənimizin dirijorluğu ilə Moskva Dövlət Universitetinin akademik xoru çıxış edəcək

"Çaykovski-qala" konsertində həmvətənimizin dirijorluğu ilə Moskva Dövlət Universitetinin akademik xoru çıxış edəcək
18:43 6 Avqust 2015
Ölkə mətbuatı
A- A+



Bakı, 6 avqust, AZƏRTAC
"Admiralteyskaya muzıka" XVI Beynəlxalq Festival çərçivəsində sentyabrın 20-də P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında "Çaykovski-qala" konserti təqdim olunacaq.
AZƏRTAC Moskva Dövlət Konservatoriyasının saytına istinadla xəbər verir ki, konsertin proqramına M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin akademik xorunun çıxışı da daxil edilib. Xorun bədii rəhbəri və baş dirijoru həmvətənimiz, Rusiyanın əməkdar mədəniyyət işçisi Mirzə Əsgərovdur.
Qeyd edək ki, M.Əsgərov əslən Bakıdan olsa da, valideynləri Dərbəndə köçdüyü üçün bu şəhərdə dünyaya gəlib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin akademik xoru onun rəhbərliyi altında beynəlxalq festival və müsabiqələrin iştirakçısı olub, bir sıra diplomlara layiq görülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotCHaykovski_qala_quot_konsertinde_hemvetenimizin_dirijorlugu_ile_Moskva_Dovlet_Universitetinin_akademik_xoru_chixis_edecek-875890

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR