x
Loading...

195-2 Telefon Məlumat Mərkəzinə 36 min 500-dən çox müraciət daxil olub

195-2 Telefon Məlumat Mərkəzinə 36 min 500-dən çox müraciət daxil olub
17:48 6 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 avqust, AZƏRTAC
İndiyədək İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə (TMM) 36 min 500-dən çox müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.
Bu ilin iyulunda Telefon Məlumat Mərkəzinə 600-dən çox müraciət daxil olub. Müraciətlər əsasən, sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi və nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlər barədə olub.
195-2 nömrəsi ilə danışıq Telefon Məlumat Mərkəzinin xidmətləri ödənişsizdir. Mərkəz canlı rejimdə, iş günlərində fasiləsiz olaraq saat 9-dan 18-dək fəaliyyət göstərir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/195_2_Telefon_Melumat_Merkezine_36_min_500_den_chox_muraciet_daxil_olub-875895

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR