“Elektron hökumət” portalındakı e-xidmətlərdən istifadə sayı 14 milyonu ötüb

“Elektron hökumət” portalındakı e-xidmətlərdən istifadə sayı 14 milyonu ötüb
18:48 6 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 avqust, AZƏRTAC 
“Elektron hökumət” portalındakı e-xidmətlərdən istifadə sayı dinamik şəkildə artmaqdadır. Avqustun 1-nə olan məlumata görə, istifadəçilərin sayı 2,3 milyon nəfərdən çox olub və onlar 14,1 milyon dəfədən çox e-xidmətlərdən istifadə ediblər.
Bu barədə AZƏRTAC-a portalın operatoru Məlumat Hesablama Mərkəzindən məlumat verilib.
“Elektron hökumət” portalı 2012-ci ilin aprelindən istifadəyə verilib və həmin vaxt portala 16 dövlət qurumu üzrə 50-yə yaxın elektron xidmət inteqrasiya olunub. Hazırda isə portal üzərindən xidmət göstərən qurumların sayı 45-ə, təqdim edilən xidmətlərin sayı isə 409-a çatdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elektron_hokumet_portalindaki_e_xidmetlerden_istifade_sayi_14_milyonu_otub-875892

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR