x
Loading...

“Bakı-Kastel” gələn ildən “Bakı-Baltika” olacaq

“Bakı-Kastel”  gələn ildən “Bakı-Baltika” olacaq
18:09 6 Avqust 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

“Bakı-Kastel” şirkəti 2009-cu ilin yanvar ayından “Bakı-Baltika” adlanacaq. Lent.az-ın xəbərinə görə, bu barədə noyabrın 29-da keçirilən tədbirdə şirkətin pivə istehsalı sexinin müdiri Elcan Hüseynov məlumat verib.

Onun sözlərinə görə, şirkət əvvəllər təqdim etdiyi “Xırdalan”, “Bizim pivə”, “Əfsanə” ilə yanaşı “Baltika-3”, “Baltika-5”, “Baltika-7”, “Baltika-Arsenal” pivə növləri də istehsal edəcək. Qiymətlər isə yerli istehsala uyğun olacaq.

E.Hüseynov bildirib ki, şirkət bu il 3 milyon dekolitr (1 dekolitr 10 litrə bərabərdir) pivə istehsal edib. Növbəti ildə bu həcm artırılacaq.

Şirkətdə yenidənqurma işləri də görüləcək. Bu sıraya soyuducu sistemlərinin dəyişdirilməsi, yeni avadanlıqların qurulması və s. daxildir.

Nigar Məmmədli


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/13129

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR