Azərbaycanın Astara rayonunda təbii fəlakət baş verib

Azərbaycanın Astara rayonunda təbii fəlakət baş verib
19:09 6 Avqust 2015
78 Digər
Ölkə mətbuatı
A- A+

APA-nın cənub bürosunun məlumatına görə, noyabrın 28-də saat 17.00-dan etibarən Astara rayonu ərazisində güclü küləklə müşayiət olunan yağış yaşmağa başlayıb. Güclü külək və intensiv yağışlar nəticəsində rayon mərkəzindən 30 km aralıda yerləşən Siyəkü inzibatı ərazi vahidliyinə daxil olan 10 kənddə sürüşmə baş verib, çaylarda suyun səviyyəsi 7-8 metr qalxıb, bir neçə körpünü sel aparıb, rayon mərkəzi ilə əlaqə kəsilib. Lovair yarımstansiyasının sıradan çıxması və 35 kV-luq elektrik dirəyinin yanması nəticəsində noyabrın 29-da səhər saat 9.00 radələrindən Siyəkü, Kubos, Vıli, Vaqo və digər kəndlərə elektrik enerjisinin verilişində fasilə yaranıb, rabitə əlaqəsi dayanıb.

Təbii fəlakət zamanı sakinlər arasında zərər çəkən olmasa da, fərdi təsərrüfatlara ciddi ziyan dəyib, bir neçə evdə çatlar əmələ gəlib.

Astara rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Məzaim Hüseynovun rəhbərliyi ilə yaradılmış xüsusi komissiya artıq fəlakət zonasına baş çəkib. Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/13127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR