12 yaşlı qız Enşteyn və Havkinqi geridə qoydu

12 yaşlı qız Enşteyn və Havkinqi geridə qoydu
19:17 6 Avqust 2015
83 Digər
Ölkə mətbuatı
A- A+

Albert Eynşteyn və Stefan Havkinqi keçərək IQ testində 162 bal toplayan 12 yaşlı Nikol Bar, dünyanın ən zəkalı insanları sırasına daxil olub.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, The Daily Mirror qəzeti, Essex Harlou şəhərində məktəbə gedən Nikol Barın, IQ testində 162 xal almasının hamını təəccübləndirdiyini yazıb. Məktəbli, müasir fizika nəzəriyyəsinin banilərindən Albert Eynşteyn ilə dövrümüzün ən ciddi fiziklərindən biri olan Stefan Havkinqdən daha yüksək bal toplaya bilib.
"Qızım çox çalışqandır. Dərsdən sonra mütləq etüdlərə qalır, heç bir günü boşa xərcləmir", - deyə Barın anası bildirib.
Qızının uğuru ilə bağlı Barın atası bunları qeyd edib. "Xəbərlərdə bu haqda məlumatlar getməsi çox yaxşı oldu. Bəlkə bəzi məsələlər düzələr. Bu uğur, oxuyan insan üçün hansı şəraitdə yaşamaqdan asılı olmadığının göstəricisidir. Hər bir insan, parlaq akademik zəkanın sahibi ola bilər".
Qeyd edək ki, orta hesabla IQ səviyyəsi 100 balla qiymətləndirilir. 140 və ondan artıq IQ balları isə "dahi" səviyyəsində qəbul olunur.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/361230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR