Zaqatalada çaqqal sakinlərə hücum edib, 6 nəfər xəsarət alıb

Zaqatalada çaqqal sakinlərə hücum edib, 6 nəfər xəsarət alıb
19:19 6 Avqust 2015
106 Sosial
Ölkə mətbuatı
A- A+

Zaqatalada çaqqal küçədə sakinlərə hücum edib, 6 nəfər xəsarət alıb. APA TV-nin  məlumatına görə, şəhər yaxınlığındakı meşə zolağından çıxan çaqqal bir neçə küçədə işə gedən insanlara hücum edib. Çaqqalın hücumu nəticəsində ümumilikdə 6 nəfər yaralanıb. 39 yaşlı Fazilə Əliyeva, onun  3 yaşlı oğlu Emin Əliyev, 26 yaşlı Elnur Diqnayev və 39 yaşlı Nəriman Şamxalov, 35 yaşlı Əfqan Muradov və 58 yaşlı Yusif Müslümov Zaqatala Mərkəzi Rayon Xəstəxanasının şəhər poliklinikasına müraciət ediblər.


 

Poliklinika  müdiri Məmmədrəsul Teyyubov APA TV-yə bildirib ki, həmin şəxslərə quduzluq əleyhinə peyvənd vurulub və əlavə tibbi yardım göstərildikdən onlar evə buraxılıblar.

 

Qeyd edək ki, vətəndaşlara hücum edən çaqqal Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsinin kənarında yerləşən dəmirçi sexinin işçiləri tərəfindən öldürülüb. Heyvanın cəsədi quduzluğun olub olmamasını müəyyən etmək üçün müvafiq qurumlar tərəfindən götürülüb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210806

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR