Böyük Britaniyanın Azərbaycandakı səfiri Astarada olub

Böyük Britaniyanın Azərbaycandakı səfiri Astarada olub
19:23 6 Avqust 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+


Astara, 6 avqust, Bağır Əliyev, AZƏRTAC
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində avqustun 6-da Astara rayonunda olub.
AZƏRTAC xəbər verir ki, icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə görüşən səfirə rayonun tarixi, təbiəti, turizm potensialı, iqtisadiyyatı, əhalinin məşğulluğu barədə məlumat verilib.
Səfir İrfan Siddiq səmimi görüşə görə minnətdarlığını ifadə edərək, rayonun füsunkar təbiətinə, şəhərin abadlığına heyranlığını bildirib, rayon əhalisinin qonaqpərvərliyini yüksək qiymətləndirib.
Britaniyalı diplomat Astara şəhərində Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksini gəzib, rayonun Çayoba kəndində yeni inşa edilmiş çay fabrikində müəssisənin iş və istehsal prosesi ilə tanış olub. Qonaq, həmçinin Yeni Azərbaycan Partiyasının rayon təşkilatının qərargahında da olub, partiya üzvləri ilə görüşüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boyuk_Britaniyanin_Azerbaycandaki_sefiri_Astarada_olub-875909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR