Ölkədə vergi borcları azalıb

Ölkədə vergi borcları azalıb
13:22 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

2015-ci ildə vergi borcları azalıb. Bu qənaət 2014-cü ilin müvafiq dövrü ilə müqayisədən yaranıb. Ölkə üzrə azalan vergi borcları, təbii ki, ayrı-ayrı bölgələrə də təsir edib və ümumi say göstəricilərində fərqlər yaranıb.

Dövlət vergiləri üzrə dövlət büdcəsinə olan borclar 1 yanvar 2014-cü il tarixinə olan nisbətdə bu il ölkə üzrə 9,6% azalıb. Kəpəz TV (Region TV) xəbər verir ki, bu göstəricini 12 saylı ərazi vergilər departamentinin nəzarət sahəsinə aid olan Gəncə və Naftalan şəhərləri, Goranboy, Daşkəsən, Göygöl və Samux rayonlarının vergi ödəyicilərinin azalan borclarına da şamil etmək olar.

1 yanvar 2015-ci il  tarixə olan 34,2 milyon manat borcdan 17,6 milyonu dövlət vergiləri üzrə, 10 milyona yaxını hesablanmış faizlər, 6,6 milyon manata yaxını isə tətbiq olunmuş maliyyə sanksiyaları olub. Ümumi borcun təxminən 33,3 milyon manata qədəri vaxtı keçmiş borclardır. Bu statistik göstərici isə 121 vergi ödəyicisi üzrə hesablanıb. Bu il yanvarın 1-nə olan vergi ödəyicilərinin və borcların sayının ötən ilin müvafiq dövrü ilə müqayisəsinə gəlincə isə...

Azər Məmmədov –12 saylı VD-nin vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi: “Ümumilikdə götürəndə 2015-ci ilin yanvarın 1-nə 593 sayda şəxs borclu olub. Müqayisə etsək, 1 yanvar 2014-cü il tarixi ilə həmin vaxt borclu şəxslərin sayı 631 nəfər olub. Bura fərdi sahibkarlarla yanaşı, hüquqi şəxslər də aiddir. Ümumi borc məbləği isə 38,4 milyon manat olub”.

Vaxtında ödənilməyən, gecikdirilmiş borcları olan istər fiziki, istərsə də hüquqi şəxslər Cinayət Məcəlləsinin müvafiq qanununa uyğun olaraq, məsuliyyətə cəlb olunur. Onlar haqqında sənədlər hazırlanaraq, hüquq baş idarəsi vasitəsi ilə vergi cinayətlərinin ibtidai araşdırması departamentinə təqdim olunur. Bu il 12 milyon manat məbləğində gecikdirilmiş borcu olan 10 fiziki şəxs haqqında da bu tədbirlər görülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/321008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR