Dəhşətin 70 illiyi yad olundu

Dəhşətin 70 illiyi yad olundu
19:42 6 Avqust 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

70 il bundan əvvəl Hiroşima şəhərinə ABŞ aviasiyası tərəfindən atılan atom bombası partlayışının dəhəşəti Yaponiyada yad olunur.
Milli.Az BBC-yə istinadən bildirir ki, 6 avqust 1945-ci il atom bombası partlayışı qurbanlarının xatirəsinin anım mərasimində Yaponiyanın Baş naziri Shinzo Abe iştirak edib.
Mərasim Hiroşima memorial parkında keçirilib.
Yaponiyada 70 il bundan əvvəl baş vermiş dəhşətli hadisənin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
1945-ci ilin avqustunda II Dünya müharibəsinin sonuna yaxın Hiroşima şəhərinə avqustun 6-da, 3 gün sonra isə avqustun 9-da Naqasaki şəhərinə ABŞ hərbi aviasiyası tərəfindən atom bombaları atılmışdı.
Atom partlayışları nəticəsində Yaponiyada 140 min nəfər həlak olmuşdu.
Bomabalar Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə ABŞ-ın B-29 bombardmançı təyyarəsindən atılmışdı.
Həmin gün Hiroşimada azı 70 min adam həlak oldu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/361293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR