Azərbaycan mədəniyyəti Almaniyada təbliğ edilib

Azərbaycan mədəniyyəti Almaniyada təbliğ edilib
19:51 6 Avqust 2015
29 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Resurs” Gənclərin İnkişafı İctimai Birliyinin Almaniyada həyata keçirdiyi “Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği və tanıdılması” layihəsinin icrası başa çatıb.

Axşam.az-ın məlumatına görə, şuranın Katibliyindən AzərTac-a bildiriblər ki, layihə Azərbaycan həqiqətlərinin, mədəniyyətimizin tərkib hissəsi olan musiqi və ədəbiyyat nümunələrinin Almaniyanın Duysburq şəhərində təbliği, ölkəmizdə bu sahəyə göstərilən dövlət qayğısından bəhs edir.

İctimai Birlik layihə çərçivəsində muğam konsertləri, Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan “dəyirmi masa”lar, azərbaycanlı və türk icmalarının nümayəndələri ilə görüşlər təşkil edib. Eyni zamanda, mədəniyyət və incəsənətimizdən bəhs edən buklet, flayer, təqvim və digər çap materialları insanlara paylanıb.

Keçirilən tədbirlərdə mədəniyyət vasitəsilə müasir Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlərin təbliği, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların alman ictimaiyyətinə çatdırılması və s. baxımından layihənin əhəmiyyəti vurğulanıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=34883

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR