Prezident İlham Əliyev Kot-d’İvuar Respublikasının Prezidenti Alassane Uattaraya Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir:
Hörmətli cənab Prezident,
Kot-d’İvuar Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram.