Amur televiziyasında birinci Avropa Oyunları haqqında ilk proqram yayımlanıb

19:58 6 Avqust 2015
22 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 6 avqust, AZƏRTAC
Amur televiziyasında birinci Avropa Oyunları haqqında ilk proqram yayımlanıb.
Amur vilayətində fəaliyyət göstərən “Araz” Azərbaycan Milli-Mədəni Cəmiyyəti İctimai Təşkilatı bu qlobal idman yarışı ilə əlaqədar geniş təbliğat işi aparıb.
İyunun 5-dən 28-dək vilayət telekanallarında videoçarxlar nümayiş etdirilib, qəzetlərdə, jurnallarda, sosial şəbəkələrdə müxtəlif məqalələr dərc edilib.
Azərbaycan diasporu və Amur hökuməti arasındakı razılaşmaya əsasən Birinci vilayət kanalı Avropa Oyunlarını işıqlandırmalı idi. Oyunlar ərəfəsində - iyunun 10-da Birinci vilayət kanalı Azərbaycan diasporunun rəhbəri Məhəmməd Əsgərovun iştirakı ilə xüsusi proqram hazırlayıb. İyunun 25-dən iyulun 9-dək Birinci vilayət kanalının çəkiliş qrupu diaspor başçısının müşayiəti ilə Azərbaycanda olub. Səfərin məqsədi təkcə Avropa Oyunlarını işıqlandırmaq deyil, həm də amurluların Azərbaycanın görməli yerləri, mədəniyyəti, tarixi, tolerantlıq mühiti və milli mətbəxi ilə tanış edilməsi olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amur_televiziyasinda_birinci_Avropa_Oyunlari_haqqinda_ilk_proqram_yayimlanib-875921

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR