"Qalatasaray" 1-ni satdı, 2-sini icarəyə verdi

"Qalatasaray" 1-ni satdı, 2-sini icarəyə verdi
20:17 6 Avqust 2015
55 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" 3 futbolçusunnu başqa klublara keçidi barədə açıqlama yayıb. Fanat.az хəbər verir ki, onlardan ikisi icarəyə verilib, biri isə satılıb.

"Qalatasaray" Emrecan Coşkunla 2016/17 mövsümünün sonuna qədər yeni müqavilə imzalayıb. Buna görə futbolçuya 2016/17 mövsümündə 300 min lirə maaş və 15 min lirə matçbaşı veriləcək. Bundan sonra isə o, 2015/16 mövsümü üçün pulsuz "Alanyaspor"a icarəyə verilib. Emrecanın maaşını "Alanyaspor" ödəyəcək.

Berk İsmail Ünsal isə "Giresunspor"a icarəyə verilib. Bir mövsüm bu klubda çıхış edəcək futbolçunun maaşını "Giresunspor" verəcək.

Nordin Amrabatın transfer hüququ isə "Malaqa"ya satılıb. İspan klubu bu transferə görə "Qalatasaray"a 3,5 milyon avro ödəyəcək. 

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquot-1-ni-satd-2-sini-icary-verdi-t43062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR