Bakı metrosunda yenilik

Bakı metrosunda yenilik
13:27 26 Yanvar 2015
72 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı Metropoliteninin stansiyalarında istiqamətverici lövhələr yığışdırılıb.

ANS TV-nin məlumatına görə, stansiyaların yaxınlığında tanınmış obyektlərin ünvanlarının əks olunduğu bu lövhələr elektronlaşdırılacaq.

Milli.Az anspress-ə istinadən bildirir ki, lövhələr artıq "İnşaatçılar", "Memar Əcəmi", "Nərimanov" və "Ulduz" stansiyalarında quraşdırılmağa başlanılıb. Əvvəlkindən fərqli olaraq istiqamətlər həm Azərbaycan, həm də ingilis dillində öz əksini tapacaq.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bütün bu yeniliklərin Avropa Oyunları ilə əlaqədar olaraq həyata keçirildiyini bildirdi. Buna görə də həmin lövələrin iki dildə olması mütləqdir. O həmçinin metronun çıxış hissələrində də bu cür tabloların quraşdırılacağını deyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR