x
Loading...

Ailə bağlarını möhkəmləndirməyin yolları

Ailə bağlarını möhkəmləndirməyin yolları
19:17 6 Avqust 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

Bu müasir dünyada hər şey tez dəyişməkdədir. Səmimi rabitə qurmaq ən çətin bir işə çevrilmişdir. Övlad tərbiyəsi, ev işləri, dost və qohumlarla ünsiyyət qurmaq, ictimai fəaliyyətlər insandan çox vaxt və enerji alır. 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, hər bir ailədə valideyn rabitəsi mühüm əhəmiyyətə malikdir. Ailə bağlarını möhkəmləndirmək, ailə üzvlərinin daha sağlam mühitdə yaşamaqları üçün zəminə hazır edər. Bəs bunun üçün nə edək?
 
1. Rabitənizi ön plana atın. İnsan əgər həyat yoldaşı ilə olan rabitəsini başqa rabitələrdən önə atarsa, təəccüblü deyildir bu məsələ ailədə öz müsbət təsirini göstərər. İslam dini də bu mövzuya xüsusi diqqət edir. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman Allah sizlərdən birinə xeyir əta edərsə, ilk olaraq, özünüzü və ailənizi ondan bəhrələndirin".
 
2. Məsuliyyətli olduğunuzu qəbul edin. Ailə bağlarının süstləşməsinə səbəb olan amillərdən biri də budur ki, hər iki tərəf bir-birinin şəxsiyyətini dəyişdirməyə çalışar. Nəticədə də müqavimət və münaqişə ilə üzləşər. İnsan gərək ilk olaraq özü dəyişsin və sonra qarşı tərəfdən bunu istəsin.
 
3. Qarşılıqlı ehtirama riayət etmək. Həqiqi səmimiyyətin üsullarından biri budur ki, həyat yoldaşının hörmətini saxlayasan. Əgər qarşı tərəfə hörmət qoyulmazsa, qarşı tərəf özünü dəyərsiz hiss edər və ona görə də əsəbləşər. İmam Sadiq (ə) buyurur: "Allah Təala buyurur: "O kəs ki, mömin bəndəyə ehtiram qoyar, Mənim qəzəbimdən amanda olar"".
 
4. İşləri ədalətlə bölün. Əgər ailə işlərini düzgün bölməzsinizsə, qarşı tərəfin yorulmasına, stressinə, əziyyət çəkməsinə, özünü əhəmiyyətsiz hiss etməsinə və əsəbləşməsinə səbəb olarsınız. Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əli! Ailəsinə xidmət etməz o kəsdən başqa ki, siddiqdir, şəhiddir və ya o kişi ki, Allah onun üçün dünya və axirət xeyirini istəyir".
 
5. Faydalı rabitə qurmağa çalışın. Ona görə də rabitə qurmaq məharətlərini öyrənin. Müxtəlif kitablardan və ya məsləhətçidən yardım ala bilərsiniz.
 
6. Problemi bir yerdə həll edin. Cütlər adətən dava edən zaman təqsirkar axtararlar, bir-birini qınayarlar. Halbuki, bu yol onların problemini həll etməz və küdurətə səbəb olar. Ona görə də hər biri ilk olaraq, gərək özünü tanısın və sonra əyləşib bir yerdə problemlərini həll etməyə çalışsınlar.
 
7. Öz sevginizi dilinizə gətirin. İnsanların sevgi ilə deyilən sözlərə ehtiyacları vardır. Bu ehtiyac ailədə aradan qaldırılmalıdır. Çalışın ki, həyat yoldaşınıza olan sevginizi gözəl kəlmələr şəklində hər gün ona söyləyəsiniz.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR