Böyük Britaniyanın “Press Assocation” agentliyinin müxbiri AZƏRTAC-da olub

Böyük Britaniyanın “Press Assocation” agentliyinin müxbiri AZƏRTAC-da olub
20:17 6 Avqust 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Ağdamın "Qarabağ" və Şotlandiyanın "Seltik" komandaları arasında keçirilən cavab oyununu işıqlandırmaq üçün Bakıda səfərdə olan Böyük Britaniyanın "Press Association" agentliyinin idman müxbiri Ronni Esplin avqustun 6-da AZƏRTAC-da olub.

Görüşdə baş direktor Aslan Aslanov AZƏRTAC-ın beynəlxalq əlaqələrindən, qlobal informasiya məkanında qazandığı uğurlardan bəhs edərək agentliyin dünya informasiya siyasətini müəyyənləşdirən nüfuzlu təşkilatların ən fəal üzvlərindən biri olduğunu deyib. Həm AZƏRTAC-ın, həm "Press Association"ın Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv olduğunu bildirən baş direktor hər iki agentliyin beynəlxalq qurumlar çərçivəsində sıx əməkdaşlıq etdiyini vurğulayıb. Qeyd edilib ki, "Press Association" agentliyinin baş icraçı direktoru, EANA-nın prezidenti Klayv Marşal ilə səmimi dostluq münasibətləri əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Dünya Xəbər Agentlikləri Konqresi Şurasının AZƏRTAC-ın ev sahibliyi ilə Bakıda keçirilən iclaslarında Klayv Marşal da fəal iştirak edib.

Britaniyalı jurnalistə, həmçinin Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlər, mətbuat və söz azadlığının, plüralizmin inkişaf etdirilməsi, KİV-in maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verilib. Təəssüflə vurğulanıb ki, demokratiyanın inkişafı sahəsində qısa müddətdə gördüyü işlərə və əldə etdiyi uğurlara baxmayaraq, Azərbaycan bəzən ikili standartlarla üzləşir. Bakıda keçirilən ilk Avropa Oyunları ərəfəsində belə hallar özünü daha çox göstərirdi.

"Press Association" agentliyinin idman jurnalisti Ronni Esplin Bakıya səfərindən və AZƏRTAC-da olmaqdan məmnunluğunu bildirib. Qədim və müasir memarlıq ənənələrinin vəhdət təşkil etdiyi Bakının gözəlliyinə, xalqımızın qonaqpərvərliyinə və mehribanlığına heyran qaldığını ifadə edən britaniyalı jurnalist Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlərdən xəbərdar olduğunu diqqətə çatdırıb. Ronni Esplin "Bakı-2015" birinci Avropa Oyunlarının qitənin həyatında çox mühüm hadisə olduğunu vurğulayaraq yarışlara idman jurnalistlərinin böyük maraq göstərdiyini deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR