Ukraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Ukraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
20:43 6 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 avqust, AZƏRTAC
Ukraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. Kompleks Kiyevin şimal girişində paytaxtın mərkəzinə gedən yolun üzərində, nəqliyyatın ən sıx olduğu yerdə açılıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, YDM 4 yanacaqdoldurma qurğusu ilə təchiz olunub. Burada eyni zamanda səkkiz avtomobili yanacaqla təmin etmək imkanı var. Neft məhsullarının çeşidi isə “А-95 Nano”, “А-98 Nano”, “Nano” dizel yanacağı, həmçinin “Avrо-5” ekostandartına uyğun “A-95” və “А-92” benzinlərindən ibarətdir.
Müştərilərin rahatlığını təmin etmək məqsədilə YDM-də təkərlərin doldurulması, avtomobilin su təchizatı, Wi-Fi, mobil telefonların enerji təminatı kimi pulsuz xidmətlər göstərilir. Kompleksin ərazisində kafe və mağaza da var. Ödəniş nağd, bank və yanacaq kartları, “Level” bonus kartları ilə həyata keçirilir. YDM SOCAR-ın yeni loqotipi ilə fəaliyyət göstərəcək. Şirkətin Ukraynadakı digər yanacaqdoldurma komplekslərinin də loqotipi dəyişdirilir.
Ukraynanın 27 yaşayış məntəqəsində SOCAR brendi ilə 53 YDM fəaliyyət göstərir. Şirkətin aktivləri Kiyev, Odessa, Lvov, Nikolayev, Roven, Çerkassı, Xarkov, Xmelnitski və Poltava vilayətlərində yerləşir. YDM-lərdə Polşa, Litva və Belarusun emal zavodlarında “Avro-4”, “Avro-5” ekostandartlarına uyğun istehsal olunmuş neft məhsullarının satışı reallaşdırılır.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ukraynada_SOCAR_brendi_ile_daha_bir_yanacaqdoldurma_menteqesi_istifadeye_verilib-875941

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR