x
Loading...

Çexiya İranla əməkdaşlığa can atır

Çexiya İranla əməkdaşlığa can atır
19:49 6 Avqust 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

Çexiya XİN rəhbəri Lubomir Zaoralekin başçılıq edəcəyi 30 iri şirkətin nümayəndələrindən ibarət heyət 4-7 sentyabr tarixlərində Tehrana səfər edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiya İqtisadi Palatasının məlumatında bildirilir.  

 

“İranda metallurgiya, energetika, əczazçılıq, loqistika, nəqliyyat infrastrukturu və bank işi sahələrində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılır”, deyə  Çexiya İqtisadi Palatasının nümayəndəsi İlya Mazanek bildirib.

 

Onun sözlərinə görə, həmçinin, Çexiya nümayəndə heyətinin Tehran və İsfahanda keçiriləcək biznes-forumlarda iştirak edəcəyi nəzərdə tutulub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210810

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR