“Qəbələ” komandası UEFA Avropa Liqası yarışlarında “Apollon” klubu ilə qarşılaşır

“Qəbələ” komandası UEFA Avropa Liqası yarışlarında “Apollon” klubu ilə qarşılaşır
21:03 6 Avqust 2015
99 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 6 avqust, AZƏRTAC
Avqustun 6-da futbol üzrə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin cavab oyununda Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” komandası Bakıda Kiprin “Apollon” (Limasol) kollektivi ilə qarşılaşır.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda “Qəbələ”in start heyətində Dmitri Bezotosnı, Ürfan Abbasov, Vojislav Stankoviç, Arif Daşdəmirov, Rafael Santos, Rəşad Sadiqov, Dodo, Sergey Zenyov, Aleksey Qay, Cavid Hüseynov və Aleksey Antonov meydana çıxıblar.
“Apollon”un isə ilk on birliyində Bruno Vale, Adriani Elizio, Leandro Freyro, Nuno Lopez, Jaimi, Esteban Saketti, Markos Qullon, Aleks, Fotis Papulis, Joao Pedro və Georgias Kolokudias yer alıblar.
Görüşün baş hakimi portuqaliyalı Duarte Nunu Perreyra Qomeşdir. Ona həmyerliləri Luis Andre Ferreyra Pinto Kampos və Venansio Manuel Raposo Batista Tome kömək edirlər. Bruno Migel Duarte Payxao isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Görüşün UEFA nümayəndələri rusiyalı Vladislav Kodev və gürcüstanlı Giorgi Pirtsxalava, hakim-inspektoru isə xorvatiyalı Fraqutin Karlo Polyakdır.
Komandalar arasında Kiprdə keçirilən ilk görüşdə 1:1 hesabı ilə heç–heçə qeydə alınmışdı. “Qəbələ” doğma meydanda qapısını toxunulmaz saxlayacağı təqdirdə növbəti mərhələyə vəsiqə qazanacaq.
Turnirə birinci təsnifat mərhələsindən qoşulan “Qəbələ” komandası Gürcüstanın “Dinamo” və Serbiyanın “Çukariçki” klublarını məğlub edərək yarışdan kənarlaşdırıb və tarixində ilk dəfə olaraq UEFA Avropa Liqası yarışlarının üçüncü mərhələsinə yüksəlmişdi.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebele_komandasi_UEFA_Avropa_Liqasi_yarislarinda_Apollon_klubu_ile_qarsilasir-875947

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR