Üzüm – böyrəklərin dərmanı

Üzüm – böyrəklərin dərmanı
21:17 6 Avqust 2015
140 Maraqlı
Ölkə mətbuatı
A- A+

Üzüm o meyvələrdəndir ki, onu hər gün yemək mümkündür. Bu meyvənin böyrəklərin sağlam olmasına təsiri böyükdür.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər böyrəkləriniz ağrıyırsa və böyrək xəstəliklərinin əlamətlərini özünüzdə hiss edirsinizsə, bu, sizin üçün təhlükə zəngi ola bilər. Mütəxəssislərin nəzərinə görə gələcəkdə hər 9 nəfərdən biri böyrək xəstəliyindən əziyyət çəkəcəkdir.
İnsan gərək hər gün böyrəklərin sağlam olmasının qayğısına qalsın. Vərdişlər, həyat tərzi, qidalanmağımızın böyrək sağlamlığına birbaşa təsiri vardır. Biz gərək bacardığımız qədər sağlam qidalanaq ki, böyrəklərimiz də sağlam olsun.
Ona görə də həkimlər hər gün üzümü yemək menyusuna əlavə etməyi tövsiyə edirlər. Bu meyvə böyrəklərin sağlam olması üçün faydalı meyvələrdəndir.
Əgər siz də üzümü dənəsi olmadan yeməyi sevənlərdənsinizsə, səhv edirsiniz. Çünki üzümün dənəsində "fenol" və "proanthocyanidins" maddəsi vardır ki, hər ikisi də güclü anti-oksidantdırlar. Bu anti-oksidantlar böyrəkləri gücləndirər və daxil olan zədələri zərərsizləşdirər.
Bundan başqa, üzümün tərkibində C, E vitaminləri, faydalı minerallar vardır. Bu maddələr böyrəyi zərərli maddələrdən təmizləyər və qan dövranının yaxşı dövr etməsinə yardım edər.
Son dövrün tədqiqatları göstərir ki, üzüm dənəsi böyrəklərin ziyan görmüş hüceyrələrini bərpa edə bilir. Əlavə çəkidən əziyyət çəkənlər üçün faydalı nəticələr gətirər.
Yadda saxlamaq lazımdır ki, yağlı yeməklər böyrək xəstəlikləri üçün şərait yaradar. Ancaq üzümün dənəsi bu yağları dəf edə bilir.
Üzüm suyu da böyrəklər üçün çox faydalıdır. Böyrəkləri oksidləşdiricilərdən qoruyur. Qan damalarının genişlənməsinə, qanın təmizlənməsinə səbəb olur. Üzümün növləri arasında qırmızı üzümün böyrəklərə təsiri daha çoxdur. Çünki tərkibində olan anti-oksidantların səviyyəsi ağ üzümdən daha çoxdur.
 Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/361228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR