Misir Süveyş kanalını genişləndirib

Misir Süveyş kanalını genişləndirib
21:27 6 Avqust 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Misir genişləndirilmiş Süveyş Kanalının təqdimatını həyata keçirir. Kanalda əsas su yolu dərinləşdirilib və 35 km uzunluğunda kanal gəmilərin istifadəsinə veriləcək.
Milli.Az BBC-yə istinadən bildirir ki, açılış mərasimində Misir prezidenti Abdel Fəttah əl-Sisi xarici liderləri tarixi yaxtada qarşılayıb.
Genişləndirmə kanaldakı nəqliyyatın artırılması məqsədini daşıyır.
Misir hökuməti kanaldan gələn gəlirlərin iqtisadiyyatı gücləndirəcəyinə ümid edir, lakin analitiklər buna şübhə ilə yanaşır.
Sosial mediada layihəyə münasibət bildirən misirlilərin fikirləri haçalanır. Bəziləri bildirib ki, layihəyə xərclənən pullar infrastruktur və ictimai xidmətlərin yaxşılaşdırılması üçün xərclənsə idi daha yaxşı olardı.
Layihəyə təxminən 8.2 milyard dollar xərcləndiyi bildirilir.
Genişləndirmədən sonra kanalda ikitərəfli nəqliyyat mümkün olacaq və böyük gəmilər də hərəkət edə biləcək.
Kanalda işlər bir il bundan əvvəl cənab Sisinin tapşırığı ilə başlayıb.
1869-cu ildə açılmış kanal hazırda beynəlxalq dəniz ticarətinin 7 faizini həyata keçirir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/361307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR