Bakıda torpaq aldı, sənədləri saxta çıxdı

Bakıda torpaq aldı, sənədləri saxta çıxdı
13:29 26 Yanvar 2015
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhər sakini Xəyal Tağıyev paytaxt sakini Bəxtiyar Məmmədbəylidən aldığı torpaq sahəsinə aid sənədlərin saxta olması ilə əlaqədar polisə müraciət edib.


Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, yanvarın 24-də Bakı şəhər sakini Xəyal Tağıyev Suraxanı RPİ 31-ci PB-yə müraciət edərək 2014-cü il avqust ayının 19-da paytaxt sakini Bəxtiyar Məmmədbəylidən 3 sot torpaq sahəsi almasını, əvəzində ona "BMW" markalı avtomobilini və 1250 manat verməsini, bu şəxsin ona təqdim etdiyi torpağa aid sənədlərin isə saxta olmasını bildirib. Məlumatda bildirilir ki, vətəndaşın müraciəti ilə bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR