Türkiyədə turist avtobusu qəzaya düşdü: 4 ölü, 27 yaralı

Türkiyədə turist avtobusu qəzaya düşdü: 4 ölü, 27 yaralı
21:54 6 Avqust 2015
53 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin cənub-qərbində avtobusun qəzaya uğraması nəticəsində 4 rusiyalı turist ölüb,  20-si Rusiya vətəndaşı olmaqla 27 nəfər xəsarət alıb. APA-nın məlumatına görə, bu barədə Rusiyanın Ankaradakı səfirliyinin press-attaşesi Aleksandr Leşukov bildirib.

 

Məlumata görə, Rusiya, Qazaxıstan və Litvadan olan turistləri daşıyan avtobus Dənizli bölgəsinin Pamukkale rayonu ərazisində qəzaya uğrayıb. Yerli mətbuatın xəbərinə görə, yolun yağışdan sonra sürüşkən olması səbəbindən sürücü idarəetməni itirib, nəticədə avtobus aşıb.

 

“Haber Denizli”-nin məlumatına görə, qəza nəticəsində  ölənlərin sayı 6-ya çatıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR