Transfer bombası rəsmən partladı

Transfer bombası rəsmən partladı
22:26 6 Avqust 2015
50 İdman
Ölkə mətbuatı
A- A+

Yay mövsümünün transfer bombası rəsmən "partlayıb".

ANS PRESS-in məlumatına görə, Angel Di Marianın PSJ-yə keçidi rəsmiləşib.

Bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, argentinalı ulduzla 4 illik - 2019-cu ilin 30 iyununadək davam edəcək müqavilə mmzalanıb.

Ötən mövsümün əvvəlində "Real"dan 75 milyon avroya "Mançester Yunayted"ə transfer olunan Di Marianın PSJ-yə 63 milyon avro qarşılığında satıldığı deyilir.


Angel Di Maria

Transferi barədə danışan argentinalı futbolçu bunları deyib: "Fəхr edirəm və PSJ forması geyinmək üçün tələsirəm. Həm Fransadakı, həm də ki, Avropadakı bütün kubokları qazanmaq istəyirəm. Hər futbolçunun arzusu olan Çempionlar Lmqasına ikinci dəfə sahib olmaq ən böyük arzumdu. Avropanın ən böyük kubokunu fransız azarkeşlərə bəхş etmək üçün hər şeyi edəcəyik".

Həmçinin oxuyun: Di Marianın klubu rəsmən müəyyənləşdi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=357319

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR