“Qəbələ” hesabı açdı - YENİLƏNİB

“Qəbələ” hesabı açdı - YENİLƏNİB
22:42 6 Avqust 2015
72 İdman
Ölkə mətbuatı
A- A+

22:40

"Qəbələ" (Azərbaycan) - "Apollon" (Limassol, Kipr) - 1:0
Qol: Cavid Hüseynov, 80 (pen.)

22:38

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq.

Milli.Az qol.az-a istinadən bildirir ki, təmsilçilərimizdən "Qəbələ" də "pley-off" üçün mübarizə aparacaq.

Roman Qriqorçukun komandası doğma meydanda Kiprin "Apollon" klubu ilə qarşılaşacaq.

İlk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan "qırmızı-qaralar"ın növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansı var.  İstənilən hesablı qələbə və qolsuz heç-heçə komandamızı qane edir. 

Bu nəticələrdən biri qeydə alınsa, o zaman "Qəbələ" tarixində ilk dəfə olaraq Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanacaq.

Qarşılaşma saat 21:00-da başlayacaq.

6 avqust

Avropa Liqası, III təsnifat mərhələsinin cavab oyunları

21:00. "Qəbələ" (Azərbaycan) - "Apollon" (Kipr) - 0:0 (İkinci hissə)
İlk oyun-1:1

Hakimlər: Duarte Nunu Pereyra Qomes, Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome (Portuqaliya)
Bakı.  8-ci  kilometr qəsəbə stadionu 

"Qəbələ": Dmitri Bezotosnı, Stankoviç, Ürfan Abbasov, Rafael Santos, Arif Daşdəmirov,  Rəşad Sadiqov, Cavid Hüseynov (k), Aleksey Qay,Sergey Zenyov,  Dodo, Aleksey Antonov  (Ermin Zets, 71)

Ehtiyat oyunçular:  Pietrzkieviç, Məhəmməd Mirzəbəyov, Vitali Vernidub, Elvin Camalov, Asif Məmmədov,  Samir Zərgərov

"Apollon": Bruno Vale, Elizio, Nuno Lopes (Thuram, 61), Freyra, Simoes Jeyme, Esteban Saçetti, Qullon, Aleks,  Joao Pedro, Fotis Papoulis (k), Kolokoudias (Abraham, 61)

Ehtiyat oyunçular:  Hidi, Angeli, Stulianou, Farley, Veeler.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR