Yataqda olan adam namazlarını necə qılmalıdır?

Yataqda olan adam namazlarını necə qılmalıdır?
23:17 6 Avqust 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

Şəriətimiz həm sağlam, həm də xəstə adamların gündəlik namazları qılmasını əmr edir. Yataqda namaz qılan adamın çarpayısını gərək elə qoysunlar ki, ayaqlarının altı üzü qibləyə tərəf olsun. Milli.Az islam.az-a istinadən bildirir ki, əgər yataqdakı yastığa söykənərək otura bilirsə, rüku zamanı əllərini dizlərinə qoyub bacardığı qədər irəli əyilsin və zikr desin. Səcdə üçün qabağına alçaq kətil qoyub üstünə səcdə etsin, əgər mümkün deyilsə möhürü əlinə götürüb alnına yapışdırsın və zikr desin. Əgər oturmaq da mümkün deyilsə, uzansınvə rüku üçün göz işarəsi etsin, yəni məsələn gözlərini yumub zikr desin. Səcdə zamanı möhrü alnının üzərinə qoyub zikr söyləsin. Dəstəmazı sərbəst ala bilmədiyi üçün başqasının ona kömək etməsi icazəlidir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR