2 milyard dollarlıq ölümcül qayıq - FOTO

2 milyard dollarlıq ölümcül qayıq - FOTO
23:17 6 Avqust 2015
86 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ donanması dünyanın ən ölümcül sualtı qayığını heyətinə qatıb.

Trend-in Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, nüvə enerjisi ilə işləyən qayığın uzunluğu 102 metrdir. "Con Varner" adlı sualtı qayığın istehsalı 2 milyard dollara başa gəlib.

Onun ölümcül qabiliyyəti isə ən yüksək texnologiyaya malik olmasıdır. Eni 34 metr olan qayıq həm dərin, həm də dayaz sularda bir çox istiqamətdə xidmət göstərəcək.

Qayıq dənizin altında və üzərində mübarizə aparmaq, xüsusi təyinatlıları təyinat nöqtəsinə çatdırmaq, hücum etmək, müşahidə aparmaq xüsusiyyətlərinə malikdir.

Qayığın 135 nəfərdən ibarət heyət üzvü var. Sualtı qayıq torpedolarla, yanaşı "Tomahawk" raketləri də daşıyır. 7800 tonluq sualtı qayıq nüvə enerjisi sayəsində illərlə sahilə çıxmadan xidmət göstərə bilir.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/361322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR