"Qəbələ" və "Qarabağ"ın rəqibləri sabah bilinəcək

"Qəbələ" və "Qarabağ"ın rəqibləri sabah bilinəcək
23:33 6 Avqust 2015
204 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının "pley-off" mərhələsində mübarizəni davam etdirəcək təmsilçilərimiz  "Qəbələ" və "Qarabağ"ın rəqibləri sabah müəyyənləşəcək.

Milli.Az qol.az-a istinadən bildirir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ"  Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Apollon"u mübarizədən kənarlaşdıraraq "pley-off"a yüksəlib. "Qarabağ" isə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Seltik"ə uduzaraq sözügedən turnirdə mübarizəni dayandırıb. Ağdam təmsilçisi mübarizəni Avropa Liqasının "pley-off" mərhələsində davam etdirəcək.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR