Səudiyyə Ərəbistanında məsciddə olan partlayışda məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
ANS PRESS-in məlumatına görə, avqustun 6-da reallaşan partlayışda 15 nəfərin öldüyü bildirilir.
İŞİD terror qruplaşmasının sosial şəbəkədə yaydıqları bəyanatlarında deyilir ki, intihar bombaçısı əvvəlcə Yəmən yaxınlığındakı Asser əyalətindəki hərbi kampda özünə yer edib.
Terrorçular bildirir ki, onların məscidi hədəf almaq kimi bir planları olmayıb. Onların hədəfi təhlükəsizlik qüvvələri olubmuş.
Avqustun 6-da Səudiyyə Ərəbistanındakı məsciddə intihar bombaçısının partlaması ilə 17 nəfər ölüb. Asser vilayətinə baş verən bu partlayışda çoxsayda yaralının olduğu deyilir. Partlayış ibadət zamanı olub. Dövlət mediası ölü sayının 17, daxili işlər nazirliyi isə 15 olduğunu bildirib.
Həmçinin oxuyun: İŞİD yenə edam videosu yaydı