Roman Qriqorçuk: "Cavidi o qədər çox istəyirəm ki..."

Roman Qriqorçuk: "Cavidi o qədər çox istəyirəm ki..."
23:47 6 Avqust 2015
78 İdman
Ölkə mətbuatı
A- A+

“Azarkeşlərə sevinc bəxş etdiyimiz üçün şadıq. Onlar da bizi çox gözəl şəkildə təmsil etdilər”. Fanat.az xəbər verir ki, bu sözləri "Apollon"la oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis oyunla bağlı fikirlərini bildirib: "Bizim üçün indi çox çətindi. Çünki əsas heyətin oyunçuları növbəti oyunda iştirak etməyəcək. Cavid Hüseynovdan narazı qaldım. Çünki o intizamı pozdu. Buna görə onunla bir daha söhbət edəcəm. Cavidi o qədər çox istəyirəm ki. Onu cəzalandıra bilmərəm. Yəqin ki, öz səhvini başa düşəcək. "Apollon"la oynamaq asan deyildi. Futbolçular emosiyalara qapılmışdı. Bu da onlara oynamağa imkan vermirdi. Rəqib də çox sürətli idi. Nəticəni buna maxmayaraq biz əldə etdik. Pis oynamadıq. Növbəti rəqibin kim olmasından asılı olmayaraq, bu, bizim üçün təhlükəli olacaq. Nəzərə alaq ki, rəqibimiz Çempionlar Liqasında mübarizəni dayandırmış komanda olacaq". 
 
Qriqorçuk Ürfan Abbasovun qırmızı vərəqə almasından da danışıb: "Çətin olacaq. Çünki əsas heyətin oyunçuları növbəti oyunda iştirak etməyəcək. Artıq çempionat da başlayır. Amma ehtiyatda da oyunçularımız var. Onlar da yaxşı futbolçulardı. Hesab edirəm ki, zədəlilərimiz də qayıdacaq. Belə ərəfədə onların dönüşü çox vacibdi".
 
Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-roman-qriqorcuk-quotcavidi-o-qdr-cox-istyirm-kiquot-t43066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR