Şərbətli şirniyyatlar

Şərbətli şirniyyatlar
23:56 6 Avqust 2015
1948 Şou
Ölkə mətbuatı
A- A+

Türk mətbəxinin ən dadlı və məşhur şirniyyatları üzərinə şərbət tökülənləridir.

Axşam.az xarici KİV-ə istinadən şərbətli şirniyyat reseptlərini təqdim edir:

Lokma: Əvvəlcə 3 stəkan suyu, 2,5 stəkan şəkər tozu və yarım limon şirəsini bir qaba töküb, sobada qatı şərbət halına gələnə qədər qaynadın. Daha sonra soyuması üçün kənara qoyun. Kənarda 4 stəkan suyu, 6 stəkan unu, 1 xörək qaşığı mayanı, 1 xörək qaşığı şəkər tozunu, bir çimdik duzu qaba töküb, mikserlə qarışdırın. Azca yumşaq xəmir alınacaq. Kənara qoyub 1 saat saxlayın. Daha sonra tavaya duru yağ töküb, qızdırıb, xəmirdən yumru kündələr hazırlayıb, içinə atın. Qızaedıqdan sonra qaba qoyub, üzərinə şərbəti əlavə edin.



Şəkərparə: 3 stəkan suyu, 3,5 stəkan şəkər tozunu və yarım limon şirəsini qarışdırıb şərbət hazırlayın. Qaba 3 yumurta sarısı, 1 butöv yumurtanı, 250 qram yağı, 1 stəkan şəkər tozunu töküb, qarışdırın. daha sonra 4 stəkan un və 1 paket qabartma tozunu töküb, xəmir hazırlayın. Xəmirlərdən yumru kündələr götürüb tavaya düzüb, sobada bişirin. 2-3 dəqiqə soyuduqdan sonra üstünə şərbəti əlavə edin.




Balbadam: 2 stəkan suyu, 2 stəkan şəkər tozunu və 6 xörək qaşığı balı qarışdırıb şərbət hazırlayın. Qaba 250 qram otaq temperaturunda yumşalan yağı, 1 stəkan duru yağı, 2 ədəd yumurtanı, 1 stəkan nişastanı, 1 stəkan əzilmiş badamı, 2 paket qabartma tozunu töküb yaxşıca qarışdırın. Üzərinə 3-4 stəkan unu yavaş-yavaş töküb xəmir edin. Xəmiri masaya qoyub uzun formada yayın. Stola 1 stəkan mannı yarması töküb, xəmiri üstünə sərin. Şəkildəki formada burun.



Sonra xəmiri iki barmaq qalınlığında kəsib tavaya düzüb, sobada bişirin. Bir az soyuduqdan sonra üzərinə şərbəti əlavə edin.



Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=34891

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR