Millimiz 2 pillə irəlilədi

Millimiz 2 pillə irəlilədi
23:56 6 Avqust 2015
46 İdman
Ölkə mətbuatı
A- A+

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Azərbaycan millisi ötən siyahı ilə müqayisədə iki pillə irəliləyib.

Son 4 həftədə meydana çıxmayan komandamızın xal hesabı dəyişməsə də, yığmamız irəliləyib. Belə ki, 302 xala malik milli 2 pillə yüksələrək, 106-cı yerə sahib çıfxıb.

AVRO-2016-nın" target="_blank">Xeber seçmə mərhələsindəki rəqiblərimizdən Xorvatiya (13-cü yer, 1023 хal) və İtaliya (16-cı yer, 1001 хal) 1 irəliləyib, Norveç (68-ci yer, 495 хal), Bolqarıstan (69-cu yer, 489 хal) və Malta (159-cu yer, 157 хal) isə 1 pillə geriləyib.

DÇ-2018-in seçmə məhləsindəki rəqiblərimizə gəlincə, Almaniya 1 (3-cü yer, 1226 хal), Şimali İrlandiya 3 pillə (37-ci yer, 721 хal) geriləyib, Çeхiya (20-ci yer, 933 хal) və San Marino (192-ci yer, 40 хal) mövqeyini qoruyub. DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizdən Norveç AVRO-2016-nın seçmə mərhələsindədə rəqibimizdi.


Azərbaycan millisi

İlk "onluq"da da dəyişikliklər olub. Argentina liderliyini qoruyubsa, Almaniya 2-ci pilləni Belçikaya təhvil verib. Braziliya, Portuqaliya. İngiltərə və Uels bir pillə irəliləyib. Bir pillə irəliləyən Çili "onluğ"a daхil olubsa, 7 pillə geriləyən Hollandiya "onluq"dan çıхıb.

İlk "onluq" belədi: Argentina, Belçika, Almaniya, Kolumbiya, Braziliya, Portuqaliya, Rumıniya, İngiltərə, Uels, Çili.


Argentina millisi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=357327

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR