İyul ayında daha 9 turizm şirkətinə lisenziya verilib

İyul ayında daha 9 turizm şirkətinə lisenziya verilib
01:23 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC
Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 295-ə çatıb.
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və digər normativ-hüquqi aktlara əsaslanaraq iyul ayında bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Ze Tur”, “Luna Travel”, “Bir An Tur”, “Kaspi Tur”, “Azera Turizm”, “Time To Travel”, “Mondo Travel”, “A La Carte Travel”, “Filosofi” MMC-lər turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iyul_ayinda_daha_9_turizm_sirketine_lisenziya_verilib-875966

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR