Ərəb ölkələri yenə Yəməni bombaladı: 14 ölü

Ərəb ölkələri yenə Yəməni bombaladı: 14 ölü
01:59 7 Avqust 2015
66 Dünya
Ölkə mətbuatı
A- A+

Ərəb ölkələri koalisiyasının Yəmənin cənub və şimal-şərq rayonlarına endirdikləri hava zərbələri nəticəsində 14 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı ilə həmsərhəd Hacca bölgəsinin Bakil əl Mir bələdiyyəsinə endirilən zərbələr nəticəsində 8 nəfər ölüb, daha 6 nəfər isə ölkənin cənubundakı Taiz rayonunun bombardman olunması nəticəsində ölüb.

 

Yaralıların sayı barədə dəqiq məlumat verilmir.

 

Hava zərbələrinə həmçinin paytaxt Sana ətrafındakı rayonlarda məruz qalıb. Burada ölən və yaralananlar barədə məlumat verilmir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR