Zlatomir Kovaçev Avropa çempionatında 5-ci yeri tutub

Zlatomir Kovaçev Avropa çempionatında 5-ci yeri tutub
06:03 7 Avqust 2015
36 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 7 iyul, AZƏRTAC
Avqustun 1-dən və 9-dək İsveçin Landskrona şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yaşı 15-ə qədər olan idmançıların mübarizəsində 27 ölkədən 141 (63 qız, 78 oğlan), yaşı 17-yə qədər olan idmançıların mübarizəsində isə 29 ölkədən 192 (80 qız, 112 oğlan) atlet çıxış edir.
Yarışlarda “Zirvə” İdman Klubunun xarici filiallarının üzvləri də iştirak edirlər. Yaşı 15-ə qədər olan atletlərin mübarizəsində “Smolyan-Zirvə” klubunun təmsilçisi Zlatomir Kovaçev (85 kq) körpücük üzərinə çıxıb.
Ümumilikdə 246 kq (109+137) nəticə göstərən Z. Kovaçev yekun sıralamada 5-ci yeri tutub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zlatomir_Kovachev_Avropa_chempionatinda_5_ci_yeri_tutub-875968

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR