x
Loading...

Avropadan miqrantlara qarşı “soyqırım”

Avropadan miqrantlara qarşı “soyqırım”
05:51 7 Avqust 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Aralıq dənizində aşan miqrant qayığında olan 200-dən artıq insanın xilasına ümidlər tükənib.

ANS PRESS-in məlumatına görə, dənizin bu sahəsində başqa çoxsaylı miqrant qayıqları olduğundan bölgəyə xilasedici gəmilər göndərilib.

İtaliyanın Palermo şəhərinin meri Lealuka Orlando bunu “soyqırım” adlandırıb. Orlando televizya ilə çıxışında Avropa liderlərini miqrantların xilası üçün daha çox iş görməyə və onları öz ölkələrində yerləşdirməyə çağırıb. “Biz Avropa xudbinliyinin yaratdığı soyqırımının şahidi oluruq” – deyə o bildirib.


Ötən il ərzində isə miqrantlar arasında ölənlərin ümumi sayı 3279 olub.

Çərşənbə günü miqrantların qayığı İrlandiyanın LE Niamh gəmisi yaxınlaşarkən aşıb. Belə düşünülür ki, qayıqdakılar gəmini görüb bir tərəfə toplaşdıqları üçün qayıq aşıb. LE Niamh gəmisi bundan əvvəlki fəlakətdən sağ çıxmış 370 miqrantı məhz Palermo limanına gətirib. Gəmidə 25 meyit də vardı. Polis bildirir ki, batan qayığın sahibləri olduqları güman edilən beş nəfəri həbs edib.

İtaliya və İrlandiya gəmiləri, habelə Sərhədsiz Həkimlər humanitar yardım təşkilatı 400-dək miqrantı batmış balıqçı katerindən xilas edib. Bu katerdə ümumilikdə 600 miqrantın olduğu təhmin edilirdi. Gəmidəkilərin əksəriyyəti Suriyadakı münaqişədən qaçan miqrantlar olub.

İtaliya hökuməti bildirir ki, son iki gündə hava yaxşı olduğundan dənizi keçməyə çalışan miqrantların da sayı çox olub.
Aralıq dənizi Avropanın ən çox miqrant cəlb edən sərhədidir. Təkcə bu il bu sərhədi keçmək istəyən 2 minədək miqrant boğulub. Ötən il ərzində isə miqrantlar arasında ölənlərin ümumi sayı 3279 olub.

Əsasən Liviyadan olan insan qaçaqmalçıları miqrantlardan öz xidmətləri üçün minlərlə dollar alırlar. Onlar təkcə bu il ərzində əsasən İtaliyaya olmaqla, Avropaya 90 min miqrant gətiriblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357343

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR