x
Loading...

Qızılgül pirojnaları - FOTO

Qızılgül pirojnaları - FOTO
06:05 7 Avqust 2015
444 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az qızılgül pirojnalarının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

3 yumurtanın sarısı 

200 ml xama

200 q kərə yağı

1 çimdik duz 

300-350 q un

iç: 

3 yumurtanın ağı

0.5-1 st. şəkər tozu

vanil

Yumurtaların ağını sarısından ayırın. Yumurta sarısına duz, xama, kərə yağı əlavə edib qarışdırın. Un qatıb xəmir yoğurun. Kündələyin, qida plyonkasına büküb soyuducuda 1-2 saat saxlayın.

Bu müddət keçəndən sonra sobanı qızdırın, içi hazırlayın. Yumurta ağlarını şəkər tozunu tədricən əlavə etməklə möhkəm çalın. Vanil əlavə edib yenə çalın.

Xəmiri iki yerə bölün. Hər ikisini nazik yayın. Üzərinə iç çəkin. Nazik rulet kimi bükün. İçin artığını ehtiyatla götürün. 

Ruleti iti bıçaqla sürətlə barmaq qalınlıqda doğrayın ki, iç dağılmasın. Sonra perqament döşənmiş siniyə düzüb əlinizlə düzəldin. 

200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Nuş olsun!

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/361317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR