Aydın Əliyev: “Bəzi işbazlar elektron ticarətindən vergidən yayınmaq üçün istifadə edirlər”

13:42 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 13:38 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Elektron ticarət nəinki Azərbaycanda, hətta bütün dünyada problemə çevrilib”.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

 

“Bu ticarətin asan vasitəsidir. Eyni zamanda bəzi işbazlar bu sahədən vergidən yayınmaq istifadə edirlər. Ötən ilin dekabr ayında MDB ölkələrinin gömrük xidmətləri rəhbərlərinin Şurasının sonuncu iclasında da Rusiya gömrük xidmətinin təşəbbüsü ilə artıq bu problem arayış olaraq hazırlanıb. Arayışda bu ticarət növünün bir problem olaraq ərsəyə gəlməsi, vergilərdən yayınması, müəyyən razılıq və lisenziyanın, qeydiyyat tələb olunan malların idxalı ilə bağlı və sair problem yaratdığı qeyd edilib”, - komitə sədri deyib.

 

A. Əliyev deyib ki, Azərbaycanda da mobil telefonlar idxal olunarkən müəyyən qeydiyyatdan keçməlidirlər: “Buna görə də bu tip elektron ticarət qanun-qaydanın riayət olunmasında müəyyən problemlər yaradır. Bizim borcumuzdur ki, ölkədə qoyulan qanunun riayət olunmasını təmin edək”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370371

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR