Gürcüstandan Rusiyaya sanksiya jesti

Gürcüstandan Rusiyaya sanksiya jesti
07:56 7 Avqust 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan baş naziri Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyinə söz verib.

ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.

Onun sözlərinə görə, rəsmi Tbilisi Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarında iştirak etmək niyyətində deyil.

"Gürcüstan Avropa İttifaqnın Rusiyaya qarşı sanksiyalarına qoşulmamalıdır. Bizim mövqeyimiz keçən il də belə olub, indi də belədir - mövqeyimizi dəyişmək niyyətində deyilik"- deyə hökümət başçısı deyib.


Gürcüstanın baş naziri İrakli Qaribaşvili

Ötən həftə eyni fikri Rusiya ilə münasibətlərin nizamlanması üzrə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşide də bildirmişdi. Bununla belə, Abaşidze bildirmişdi ki, Gürcüstan iyunun 19-dan Krım və Sevastopolda istehsal olunan məhsulun ölkəyə idxalını yasaqlayıb.

İyunun 22-də Avropa İttifaqı Şurası Aİ-nin Rusiyaya qarşı sanksiyalarını 2016-cı il yanvarın 31-dək uzadıb. Buna cavab olaraq, Moskva da Rusiya əleyhinə sanksiyalar tətbiq etmiş ölkələrdən ərzaq idxalına qoyulmuş embarqonun müddətini uzadıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=357347

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR