Astarada “İnternat məzunlarının cəmiyyətə idmanla inteqrasiyası” layihəsi çərçivəsində tədbir keçirilib

Astarada “İnternat məzunlarının cəmiyyətə idmanla inteqrasiyası” layihəsi çərçivəsində tədbir keçirilib
08:03 7 Avqust 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+


Astara, 7 avqust, AZƏRTAC
Astara şəhərindəki Dənizkənarı Park-Bulvar Kompleksində Azərbaycan Gənclər Fondunun dəstəyi, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi, Astara Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “İnternat məzunlarının cəmiyyətə inteqrasiyası” layihəsi çərçivəsində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov çıxış edərək iştirakçılara layihə barədə ətraflı məlumat veriblər, gənclərin fiziki, psixoloji və mənəvi sağlamlığında, onlarda vətənpərvərlik ruhunun yüksəldilməsində idmanın, sağlam həyat tərzinin əhəmiyyətindən danışıblar.
Layihə iştirakçılarına maarifləndirici bukletlər paylanılıb, onların sualları cavablandırılıb.
Sonra tədbir iştirakçıları arasında çimərlik futbolu üzrə yoldaşlıq görüşü keçirilib.
Qaliblər Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Astarada_Internat_mezunlarinin_cemiyyete_idmanla_inteqrasiyasi_layihesi_cherchivesinde_tedbir_kechirilib-875970

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR