Keçmiş neft maqnatının atası saxlanıldı

Keçmiş neft maqnatının atası saxlanıldı
08:21 7 Avqust 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın keçmiş neft maqnatı Mixayil Xodorkovskinin 82 yaşlı atası Moksvada dindirilməsi üçün İstintaq Komitəsinə gətirilib.

ANS PRESS-in məlumatına görə, keçmiş milyonçunun atası 1998-ci ildə Sibir merinin sui qəsdi ilə bağlı istintaq çərçivəsində müstəntiqlərin bir sıra suallarını cavablandırmalı olub.

Rəsmi Moskva iyun ayında, Nefteuqansk şəhər meri Vladimir Petuxovun qətli ilə bağlı cinayət işini təkrar qaldırdığını və Xodorkovskinin adının əsas şübhəli şəxs qismində keçdiyini bəyan edib. Xodorkovski və onun həmkarları bu qətllə heç bir əlaqələrinin olmadığını bildirib.

Rusiyalı keçmiş maqnat vergidən yayınma və dövlət əmlakının talan edilməsi maddələri üzrə 10 ilə yaxın həbs cəzası çəkib. Qərbdə çoxları bu həbs müddətini Putin hökümətinə qarşı çıxdığına görə cəzalandırılması kimi qiymətləndirir.

Xodorkovski 2013-cü ildə həbsdən azad edilsə də, mühacir həyatı yaşadığı İsveçrədə də Putinə qarşı iradlarını açıq-aşkar ifadə etməyə davam edir. Atası Sergey Badamçin İstintaq Komitəsindəki dindirilmənin Mixayıl Xodorkovskiyə təzyiq göstərmək cəhdindən başqa şey olmadığını hesab edir.


keçmiş neft maqnatı Mixayil Xodorkovski

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=357344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR