ŞOK: Baş naziri daşıyan helikopterin pəri tələbənin başını kəsdi

ŞOK: Baş naziri daşıyan helikopterin pəri tələbənin başını kəsdi
08:39 7 Avqust 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Perunun baş naziri Pedro Katerianonun olduğu helikopterə qaçaraq yaxınlaşmağa çalışan 20 yaşlı tələbə qız faciəvi şəkildə ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli “RPP” nəşri məlumat yayıb.

 

Məlumata görə, 20 yaşlı Lina Sapata Feyxo qardaşının haqsız yerə həbsxanaya yerləşdirilməsi ilə bağlı şikayət məktubunu baş nazirə ötürmək məqsədilə Pedro Katerianonun helikopterinə doğru qaçıb.   

 

Bu zaman helikopterin hərəkətdə olan pəri qızın başını bədənindən ayırıb. İnsident  səbəbindən Kateriano səfərini dayandırmalı olub. Hakimiyyət qurumları insidentin ciddi şəkildə araşdırılacağını və hadisəyə görə məsuliyyət daşıyan baş nazirin mühafizəçiləri cəzalandırılacağını vəd ediblər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210837

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR