x
Loading...

Avropanın qara ləkəsində düşərgə

Avropanın qara ləkəsində düşərgə
07:51 7 Avqust 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Norveçin Utoya adasında Anders Breyvik tərəfindən törədilmiş qanlı qətliamdan 4 il sonra yenidən solçu gənclərin düşərgəsi açılıb.

ANS PRESS-in məlumatına görə, bu ilki seminarlara minə yaxın insan yazılıb.

Düşərgənin təşkilatçıları olan hakim Fəhlə partiyası, düşərgədə müxtəlif faydalı fəaliyyətlərlə yanaşı, Breyvik tərəfindən qətlə yetirilmiş fəalların anılacağını bildirib. Bu dəfə təhlükəsizlik tədbirlərinə xüsusi önəm verilib.

Az qala hər nöqtədə polis patrulu qurulub, tədbir iştirakçılarının yükləri diqqətli şəkildə yoxlanılır. Gəmi ilə adaya səyahət edən şəxslərə elektron qolbağlar paylanılır.

Gənclərin təşkilatinin qurduğu ilk yay düşərgəsinə qonaq qismində NATO baş katibi Yens Stoltenberq də baş çəkib.

"2011-ci ilin iyul ayında burada baş verənlər hər zaman Utoyanın tarixində qara səhifə olaraq qalacaq. Ancaq bu gün gənc nəslin bura gəlib, adadan faydalı şəkildə istifadə etməsini görmək çox gözəldir. Özümü burada çox yaxşı hiss edirəm”, deyə Yens Stoltenberq bildirib.


NATO baş katibi Yens Stoltenberq

2011-ci ilin iyulun 22-də Norveçli millətçi Anders Breyvik çoxu yeniyetmə olmaqla həmin adada 69 nəfəri soyuqqanlı şəkildə qətlə yetirib, adaya silahlı basqın etməzdən əvvəl o, Oslonun mərkəzində partlayış törədib.

Teraktdan əvvəl o internetdə immiqrasiya, multi-kulturalizm, cinsi azlıqlara qarşı kəskin mövqeyini ortaya qoyduğu manifestini dərc edib. Breyvikə görə, məhz Norveç Fəhlə Partiyası bu kimi halların cəmiyyətdə geniş yayılmasının səbəbkarıdır və onun həmin partiyanın gənclər təşkilatının Utoya adasındakı düşərgəsini hədəf seçməsi bu baxımdan təsadüfi olmayıb.

Törətdiyi qətliama görə Breyvik 21 il azadlıqdan məhrum edilib.


Anders Breyvik

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR